Xəbər lenti

Elşad Abdullayevdən daha bir ŞOK VİDEO
Ölkə04:45 29.07.2013

Elşad Abdullayevdən daha bir ŞOK VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Keçmiş rektor bu dəfə Arzu Kazımovun oğlu ilə söhbətini ictimailəşdirdi

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev “Azadlıq”a yeni video və müşaiyətedici mətn göndərib. Mətndə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasova müraciət olunur.

Keçmiş rektor hakimə yazır ki, həbsdə olan polis zabiti Zaur Kazımovun təhdidləri “pərdəarxası adam ogurlugu cinayətlərində iştirakcılığı” ilə bağlıdır.

Elşad Abdullayev yazır ki, təqdim etdiyi videoda Arzu Kazımovun 17 yaşlı oglu, polis zabiti Zaur Kazımovla qardaşı Mahir Abdullayevin geri qaytarılması haqqında söhbət edirlər. Söhbət 21 iyul 2004-cü il tarixində qeydə alınıb. O, vidoyazının prokurorluq və MTN-ə də təqdim olunduğunu əlavə edib.

Videoda A.Kazımovun oğlu deyir ki, E.Abdullayevi atasının dostu kimi tanıyıb. Videodan belə məlum olur ki, E.Abdullayev onun müəllimi olub. Söhbətdə tez-tez Şərəf adlı adamın adını çəkir. Onun nüfuzlu amma “başdanxarab adam” olduğunu deyir. Z.Kazımov söhbət əsnasında deyir ki, M.Abdullayevin işinin bu həddə gəlib çıxmasında Elşad Abdullayev gunahkardır.

Qaynar.info