
İsveçrədə fəaliyyət göstərən Avropa Azərbaycanlıları Milli Birlik Şurası məlumat yayıb.
Bildirilir ki, Məclis sədri Ataxan Əbilov tutduğu vəzifədən istefa verib və onun yerinə professor Elşad Abdullayev seçilib.
Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayev Fransada yaşayır, hazırda İsveçrənin Bazel şəhərindədir.