
Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevin qardaşı Elsevər Abdullayevin apellyasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Həmin proses zamanı Elsevər Abdullayevin Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsində qəbul etdiyi xüsusi qərardadla bağlı apellyasiya şikayətinə də baxılıb. Onun nümayəndəsi qərardadın ləğv edilməsini məhkəmədən xahiş edib. Həmin məsələyə münasibət bildirən dövlət ittihamçısı isə bu məsələ ilə bağlı apellyasiya şikayətinin verilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını xatırladıb və şikayətin rədd olunmasını xahiş edib. Məhkəmə E. Abdullayevin şikayətini rədd edib.