Xəbər lenti

Elşən Həmzəyev Rusiyada deputat seçildi - erməni rəqibinə qalib gəldi
Ölkə07:19 23.09.2014

Elşən Həmzəyev Rusiyada deputat seçildi - erməni rəqibinə qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 14-də Rusiya Federasiyasının bütün regionlarında keçirilmiş seçkilərdə Sankt-Peterburqun İvanov dairəsindən namizədliyini irəli sürən həmyerlimiz, “Vahid Rusiya” partiyasının üzvü Elşən Həmzəyev Sankt-Peterburq şəhər dumasına deputat seçilib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən Qaynar.info-ya daxil olan xəbərə görə, 550 min əhalisi olan rayonda seçicilərin 34,47 faizinin səsini alan Elşən Həmzəyev erməni rəqibi Serqey Minasyana asanlıqla qalib gəlib.

1972-ci ildə Astarada doğulan Elşən Həmzəyev orta məktəbi bitirdikdən sonra Rusiyaya gedib. Elşən Həmzəyev əvvəlcə M.A.Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunkasiya İnstitutun bitirib, daha sonra isə ikinci təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib. 

25 ildir Rusiyada yaşayan həmyerlimiz  1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan “Savalan” şirkətlər qrupunun rəhbəridir. Elşən Həmzəyev həmçinin Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburq və Lenin regionda səlahiyyətli nümayəndəsidir. 

Qaynar.info