Xəbər lenti

“Çelsi” dünya çempionu oldu
İdman19:35 12.02.2022

“Çelsi” dünya çempionu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan yarışın final matçında Avropa və Cənubi Amerikanın ən yaxşıları üz-üzə gəlib.
Qaynarinfo xəbər verir ki, İngiltərənin "Çelsi” klubu ilə Braziliyanın "Palmeyras” klubu arasında matç baş tutub.
Hər iki qol ikinci hissəyə təsadüf edib. Romelu Lukaku 58-ci dəqiqədə hesabı açıb. Lakin 6 dəqiqə sonra Rafael Veyqa penaltidən bərabərlik qolunu vurub - 1:1.
Dünya çempionu əlavə vaxtda müəyyənləşib. 117-ci dəqiqədə Kay Haverts penaltini dəqiq yerinə yetirərək London klubuna çempionluq gətirib.
Qeyd edək ki, 3-cü yer uğrunda matçda Misirin "Əl-Əhli” klubu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal”ı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.