Xəbər lenti

“Çelsi” və “Arsenal”-ın mətbuat konfranslarının və məşqlərinin vaxtı açıqlandı
İdman19:58 27.05.2019

“Çelsi” və “Arsenal”-ın mətbuat konfranslarının və məşqlərinin vaxtı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 29-da UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda qarşılaşacaq "Çelsi” və "Arsenal” komandalarının oyunöncəsi mətbuat konfransı və mətbuat üçün açıq məşqlərinin vaxtı müəyyənləşib.
Qaynarinfo AFFA-ya istinadən xəbər verir ki, mayın 28-də Bakı Olimpiya Stadionunda "Arsenal” komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə saat 17:45-də mətbuat konfransı keçiriləcək. Saat 18:30–da isə komandanın mətbuat üçün açıq məşqi olacaq.
"Çelsi” komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə mətbuat konfransı isə saat 20:15-də təşkil ediləcək. Saat 21:00-da komandanın mətbuat üçün açıq məşqi olacaq.
Tədbirlərdə müvafiq qaydada akkreditasiyadan keçmiş mətbuat nümayəndələri iştirak edə biləcəklər.