Xəbər lenti

"Çelsi"nin məşhur veteran futbolçusu ağır xəstəlikdən əziyyət çəkir
İdman15:18 22.12.2021

"Çelsi"nin məşhur veteran futbolçusu ağır xəstəlikdən əziyyət çəkir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Çelsi"nin məşhur veteran futbolçusu Canluka Vialli ağır xəstəliklə mübarizə apardığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, italiyalı hücumçu jurnalistlərə hələ də mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyini deyib. 
"Çelsi"nin 57 yaşlı əfsanəsinə ilk dəfə 2017-ci ildə xərçəng diaqnozu qoyulub. Üç il sonra isə diaqnoz tamamilə özünü doğruldub. Həmin vaxtdan bəri, Vialli xəstəliklə mübarizəni davam etdirir.
Vialli karyerası ərzində "Çelsi" ilə yanaşı "Kremonese", "Sampdoria", "Yuventus" və İtaliya millisində çıxış edib. O, ümumilikdə 275 qol vurub. 
İtaliya və İngiltərədə saysız-hesabsız kuboklar, o cümlədən iki A seriyası, Kuboklar Kuboku, UEFA Kuboku (bu gün Avropa Liqası kimi tanınır) və Çempionlar Liqası kubokunu qazanıb.
Vialli həmçinin qısa müddət ərzində "Çelsi" və "Uotford"un idarə heyətində yer alıb. Həmin vaxtlarda o,  İngiltərə Kuboku, Liqa Kuboku, Kubok Qalibləri Kuboku və UEFA Super Kubokunu qazanıb.
Səbuhi Həsənov