İdman 11:50 26.02.2022

"Çelsi"nin satışa çıxarılması üçün araşdırmalara başlanılıb

Ukrayna-Rusiya müharibəsinə görə "Çelsi"nin sahibi Roman Abramoviçin İngiltərəyə girişi qadağan edilib. 

Qaynarinfo xəbər verir ki, bu səbəbdən İngiltərə klubunun yaxın vaxtlarda satışa çıxarılacağı gözlənilir. İngiltərə müharibəyə görə Rusiyaya sanksiyalar tətbiq etmək qərarına gəlib. 

"Bloomberg"ə danışan adı açıqlanmayan icraçı, klubun satışı ilə bağlı araşdırmalara başlandığı bildirilib. KPMG-yə görə, "Çelsi"nin hazırkı dəyəri təxminən 2,1 milyard dollardır. Satılarsa, Avropanın ən bahalı klublarından biri kimi tarixə düşəcək.

55 yaşlı Abramoviçin sərvəti 13 milyard dollardır. Rus milyarder "Çelsi”ni 2003-cü ildə alıb. İngiltərə komandası rusiyalı milyarderin olduqdan sonra 2 dəfə Çempionlar Liqası, UEFA Avropa Liqası, Klublararası Dünya Çempionatı və Premyer Liqa titulunu qazanıb.

Səbuhi Həsənov