Xəbər lenti

“Çelsi”nin yeni baş məşqçisi açıqlandı
İdman08:48 04.07.2019

“Çelsi”nin yeni baş məşqçisi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Çelsi”nin yeni baş məşqçisi açıqlanıb.
Qaynarinfo London klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu posta "zadəganlar”ın sabiq futbolçusu Frenk Lempard təyin olunub. 41 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanılıb. O, bu vəzifədə "Yuventus”un sükanı arxasına keçən Mauritsio Sarrini əvəzləyib.
Lempard ötən yay İngiltərə Çempionşipində mübarizə aparan "Derbi”nin sükanı arxasında baş məşqçi kimi debüt edib. Onun komandası pley-offda "Aston Villa”ya uduzaraq Premyer Liqaya yüksələ bilməyib.
Qeyd edək ki, karyerası ərzində İngiltərənin "Vest Hem”, "Suonsi”, "Çelsi”, "Mançester Siti” və ABŞ-ın "Nyu-York Siti” klublarında forma geyinən Lempard 106 dəfə İngiltərə millisinin formasını geyinib və 29 qola imza atıb. O, "Çelsi”nin heyətində Çempionlar Liqası, Avropa Liqası, İngiltərə Premyer Liqası və ölkə kubokunun qalibi olub. Lempard bütün dövrlərdə London təmsilçisinin ən yaxşı bombardiridir. Onun hesabında 648 oyuna 211 qol var.