
Rio-2016 Yay Olimpiya Oyunlarının boks yarışında 1/4 final mərhələsinin növbəti görüşləri keçiriləcək.
Qaynarinfo.Az saytının məlumatına görə, yarımfinala çıxmaq üçün bu gün Azərbaycan yığmasının daha bir idmançısı rinqə çıxacaq.
1/8 finalda qazaxıstanlı Oljas Sattibayevi mübarizədən kənarlaşdıran dünya çempionumuz Elvin Məmişzadə ikinci qarşılaşmasında özbəkistanlı Şaxobidin Zoirovla üz-üzə gəlib. 52 kq çəki dərəcəsində baş tutan bu qarşılaşmada boksçumuz 0:3 hesabı ilə uduzaraq medal şansını itirib.
Qeyd edək ki, boks yığmamızda çempionluq şansını davam etdirən 2 idmançımız qalıb. Bunlar yarımfinala vəsiqə qazanmış Lorenso Sotomayor (64 kq) və Kamran Şahsuvarlıdır (75 kq).
Qaynarinfo.Az