Noyabrda Birinci Liqa təmsilçisi "Səbail"in baş məşqçisi postundan ayrılaraq "Qəbələ"nin U-17 komandasının sükanı arxasına keçən Elvin Məmmədov yenidən iş yerini dəyişib.
Qaynarinfo fanat.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis "Neftçi" klubu ilə anlaşıb.
O, paytaxt təmsilçisinin U-17 komandasına baş məşqçi təyin olunub. 37 yaşlı mütəxəssis bu günlərdə U-21-ə köməkçi-məşqçi kimi yollanan Rəşad Hüseynovun gedişindən sonra boş qalan posta gətirilib.
Qeyd edək ki, "Neftçi"nin U-17 komandası AFFA-nın keçirdiyi müvafiq liqada hazırda 2-ci yerdə qərarlaşıb.
Şərhlər