Xəbər lenti

Elxan Məmmədov da Foqtsun arxasından çəkildi
İdman13:13 14.10.2014

Elxan Məmmədov da Foqtsun arxasından çəkildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"3 oyundan 0 xal qazanmağımız pis nəticədi. Məşqçi və komandanın qarşısına müəyyən məqsədlər qoymuşduq. Amma hələlik xal qazana bilməmişik”. Sport7.az  xəbər verir ki, bu sözləri mediada Berti Foqtsun himayədarı kimi xarakterizə edilən AFFA-nın baş katibi Elxan Məmmədov  jurnalistlərə açıqlamasında  deyib.
 
O, dünən Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsində Xorvatiyaya 0:6 hesabı ilə uduzmasına şərh verib: "Təəssüf ki, bu reallıqdı. Biz vəziyyəti təhlil etməliyik və bu məsələ İcraiyyə Komitəsinin üzvləri ilə də müzakirə olunacaq. Berti Foqts nəticələrə görə izahat verməlidi. 0:6 hesabı ilə uduzmamalı idik. İki səfər oyununda xalsız qayıtmaq da bizim məqsədimiz deyildi”.

Qaynar.info