Xəbər lenti

Elza Seyidcahan "Qırmızı kitab"a düşdü
Ölkə10:33 12.11.2013

Elza Seyidcahan "Qırmızı kitab"a düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Mən bu vaxta qədər “Qırmızı kitab”ı görməmişdim. Bəlkə də mənim qüsurumdur. Amma indi mənə bu kitabı verdilər. Adımı da ora salıblarmış"

Azərbaycan estradasının Leydi Qaqası Elza Seyidcahanın adı "Qırmızı kitab"a düşüb. Qaynar.info-nun anspress-a istinadən verdiyi xəbərə görə, yenicə Türkiyədən qayıdan Elza Seyidacahan ona verilən hədiyyələrdən danışıb.

Bu barədə açıqlama verən Elza aldığı hədiyyələrin içində “Qırmızı kitab”ı xüsusilə vurğulayıb. Sən demə, müğənni heyvanlara konsert verdiyi üçün adı “Qırmızı kitab”a düşüb:

“Mən bu vaxta qədər “Qırmızı kitab”ı görməmişdim. Bəlkə də mənim qüsurumdur. Amma indi mənə bu kitabı verdilər. Adımı da ora salıblarmış. Heyvanların müdafiəsi üçün konsert verdiyim üçün mənim adım da oraya daxil olub”.

Qaynar.info