Xəbər lenti

Elza təyyarədə konsert verəcək
Ölkə10:37 17.01.2014

Elza təyyarədə konsert verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist Elza Seyidcahan yeni layihəsi ilə tamaşaçıları təəccübləndirməyə hazırlaşır.

Qaynar.info
Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu dəfə təyyarədə konsert verəcək.

Onun sözlərinə görə, konsertin devizi “Bir millət iki dövlət”dir:

“Bu, ya Türkiyəyə, ya da Avropaya uçuz zamanı baş verəcək. Konserti təyyarə qəzasında həlak olan insanların xatirəsinə həsr edəcəyik. Mahnılarımın hamısı lirik olacaq. Qeyri-adi, dünya ulduzlarını belə heyrətləndirəcək layihədir. Hətta təyyarəyə mahnı da bəstələyəcəm. Konsertdə məni sevən, musiqimi bəyənən insanlar bir araya gələcək”.

Geyimlərindən danışan əməkdar artist onların da fərqli olacağını iddia edib:

“Hazırda stilistlər bunun üzərində çalışır. Onların heç bir ideyasına müdaxilə etməyəcəm. Bu libaslar məşhur müğənnilərin diqqətini çəkəcək. Yerli sənətçilərimizdən danışmaq istəmirəm. Mən indi dünya ulduzları ilə rəqabətdəyəm”.

Qaynar.info