Gərgin seçki rəqabətinin getdiyi 76 saylı Lənkəran – Astara seçki dairəsində deputatlığa namizədlərdən biri olan Xalid Bağırovun təbliğat kampaniyasında maraqlı məqamlar yaşanmaqdadır.
Qaynarinfo AzToday.az-a istinadən xəbər verir ki, icra hakimiyyətlərinin Xalid Bağırovun təşviqat kampaniyasına mane olmaq cəhdlərinə baxmayaraq yerli sakinlər namizədlərinə möhtəşəm dəstək ifadə etməkdə davam edirlər.
Bu günlərdə 76 saylı Lənkəran – Astara seçki dairəsində yaşayan meyxanaçılar Xalid Bağırova meyxana həsr edərək, seçiciləri ona dəstək olmağa çağırıblar.
Qeyd edək ki, 76 saylı dairədən hakimiyyətin dəstəklədiyi namizəd Ziyafət Əsgərovdur.
"Bizim Xalid” – "Çəmə Xalid”-ə həsr olunan meyxananı təqdim edirik:
<iframe width="647" height="364" src="https://www.youtube.com/embed/2bCSw67HLIo" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">