Xəbər lenti

Əmək pensiyasının minimum məbləği artırılır
Ekonomiks09:10 21.01.2023

Əmək pensiyasının minimum məbləği artırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır.
Qaynarinfo-nun xəbərinə görə, bununla bağlı "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisə daxil olub.
Layihəyə əsasən, əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılır.
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Dəyişiklik layihəsi yaxın günlərdə parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılaraq.