Xəbər lenti

Əməkdar artist qaydaları pozdu (VİDEO)
Ölkə18:10 05.03.2018

Əməkdar artist qaydaları pozdu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni avtomobili ilə yolayrıcında geriyə hərəkət edərək piyada keçidinin üstündə dayanıb
 Azərbaycanın əməkdar artisti Vasif Məhərrəmli idarə etdiyi 10-VM-500 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobillə paytaxtda yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə və piyadalara təhlükə yaradıb.
Qaynarinfo Avtosfer-ə istinadən xəbər verir ki, onun bu hərəkətlərini əks etdirən videonu sürücü-təlimçi Arzu Babayeva çəkib. Müğənni avtomobili ilə yolayrıcında geriyə hərəkət edərək piyada keçidinin üstündə dayanıb. O, bu zaman sağa dönən avtomobillərin qarşısını kəsib. "Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsində qeyd olunub ki, piyada keçidlərində və yolayrıcında geriyə hərəkət etmək qadağandır.