Xəbər lenti

Əməkdar artistin qardaşının məhkəməsi başlayır - Şəhid ailələrinə qarşı dələduzluqda ittiham edilir
Ölkə 13:59 08.06.2024

Əməkdar artistin qardaşının məhkəməsi başlayır - Şəhid ailələrinə qarşı dələduzluqda ittiham edilir

Əməkdar artist Aybəniz Haşımovanın qardaşı Şaiq Haşımovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. 

Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmə istintaqı hakim Samir Məmmədovun sədrliyi ilə aparılacaq. 

Şaiq Haşımov Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq – təkrar törədildikdə) maddəsi ilə təqsirləmdirilir. 

Əməkdar artistin qardaşı Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Əməliyyat Şaiq Həşimov barəsində şöbəyə daxil olmuş məlumatlar əsasında keçirilib.

Məlumata əsasən Şaiq Həşimov şəhid ailələrinə, qazilərə, fiziki məhdudiyyəti olan şəxslərə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara ümumilikdə 20100 (iyirmi min yüz) manat ziyan vurub.

İş üzrə 4 nəfər zərərçəkmiş qismində tanınıb. 

Şaiq Həşimovun təqsirli bilindiyi 178.2.2-ci maddədə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->