Xəbər lenti

Əməkdar məşqçiyə yeni vəzifə verildi
İdman13:20 25.08.2025

Əməkdar məşqçiyə yeni vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış güləş hakimi Əjdər Cəfərovun Azərbaycan Badminton Federasiyasında təyinatı baş tutub. 
Qaynarinfo xəbər verir ki, bu barədə Federasiyanın rəsmi saytı məlumat yayıb.
Belə ki, Əjdər Cəfərov Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin olunub.
Qeyd edək ki, Cəfərov Əjdər Xosrov oğlu 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.
2012-ci ildə Prezidentin Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif olunub.