Azərbaycanın şanlı Ordusunun tarix yazdığı – erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar keçirdiyi bir vaxtda Silahlı Qüvvələrimizə yalnız mənəvi deyil, maddi olaraq da dəstək vermək hər birimizin ümdə vətəndaşlıq borcudur.
Bunu nəzərə alaraq, "Emiloğlu" MMC də Azərbaycan Ordusuna ümummilli yardım kampaniyasına qoşulub. Belə ki, milli iqtisadiyyatımızın inkişafına öz töhfəsini vermək üçün yeni yaradılan MMC, Silahlı Qüvvələrə Yardım Fonduna 4900 manat məbləğində ianə edib.
"Emiloğlu" şirkəti milli həmrəyliyimizin növbəti parlaq örnəyi olan bu kampaniyada hər kəsi fəal iştirak etməyə çağırır, şanlı Ordumuza isə yeni-yeni zəfərlər arzulayır.
Tanrı Dövlətimizi və Millətimizi qorusun!