Xəbər lenti

"Emirates" 30 min əməkdaşını işdən çıxarmağa hazırlaşır
Ekonomiks13:46 18.05.2020

"Emirates" 30 min əməkdaşını işdən çıxarmağa hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən böyük aviasiya şirkətlərindən olan "Emirates" 30 min əməkdaşını işdən çıxarmağa hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberq nəşri yazıb. Bildirilir ki, əgər bu proses gerçəkləşsə, koronavirus pandemiyası səbəbindən zərər görən aviasiya sektorundakı ən çox işçi çıxarılması hadisəsi qeydə alınacaq.
Dünyanın ən böyük uzun uçuş hava yolları şirkətinin mart ayında işçi sayı 105 min idi. Şirkət pandemiyanın təsirlərinin illərlə davam edəcəyi ehtimalına qarşı xərcləri azaltmaq niyyətindədir.
Səudiyyə Ərəbistanının dövlət şirkəti 2020-ci ilin ilk rübündə 1,2 milyard dollarlıq maliyyələşmə ilə yanaşı dövlətdən də yardım gözləyir. "Emirates" işdən çıxarmalarla bərabər 500-dən çox sərnişin tutumuna malik A380 təyyarələrini də balansından çıxartmaq istəyir.
Camal