Xəbər lenti

Əmircanov AFFA-dan cavab gözləyir: "Qəbələ"dən FİFA-ya şikayət edəcəm"
İdman15:05 22.07.2016

Əmircanov AFFA-dan cavab gözləyir: "Qəbələ"dən FİFA-ya şikayət edəcəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı futbolçu Ruslan Əmircanovun "Qəbələ" klubundan tələb etdiyi 120 min dollarlıq iş üzrə AFFA qərar çıxarıb.

Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, AFFA klubun maddi vəziyyətini nəzərə alaraq "Qəbələ"nin futbolçuya 120 min yox, 40 min dollar verməli olduğu barədə qərar çıxarıb. Lakin "Qəbələ" klubu bununla da razılaşmayaraq, AFFA Apellyasiya və Ekspert Komissiyasına müraciət ünvanlayıb.

Bu məsələ ilə bağlı Mingəçevir futbol məktəbinin yetirməsi olan Ruslan Əmircanovla danışmaq qərarına gəldik. Əmircanov bu gedişlə "Qəbələ" klubunun bu müqaviləyə zidd əməlindən FİFA-ya şikayət edəcəyini bildirdi:

"Mən 2 mövsüm əvvəl "Qəbələ"də almalı olduğum haqlı pulumu tələb edirəm. 120 min dolların hamısını almaq niyyətindəyəm. Düzdür, AFFA "Qəbələ"nin 40 min dollar ödəməli olduğu barədə qərar çıxarıb. Lakin "Qəbələ" cəmi 9 oyuna çıxmağımı əsas gətirərək mənə ümumiyyətlə pul vermək niyyətində deyil. Ona görə də apellyasiyaya müraciət ediblər. Böyük ehtimalla, 2-3 günə Apellyasiya və Ekspert Komissiyası mənim xeyrimə qərar çıxaracaq. Lakin mən 40 min yox, 120 min dolların qəpiyinə kimi ödənilməsini istəyirəm. Müqavilədə zədəli olduğum və ya oynamayacağım halda mənə pul verilməyəcəyi barədə heç nə yazılmayıb. Belədə mənə qarşı niyə belə haqsızlıq edirlər? İstənilən halda, mən FİFA-ya şikayət etməyi düşünürəm. Bunun üçün hüquqşünaslar məndən cavab gözləyir. Əvvəl bu quruma müraciət etməməyimin səbəbi Azərbaycan futbolunu nəzərə almağımdır. Fikirləşdim ki, Azərbaycan klubuna cəza gəlməsin deyə ilk növbədə AFFA-ya müraciət edim".

Qeyd edək ki, Ruslan Əmircanov ötən mövsüm çıxış etdiyi "İnter"dən ayrılaraq AZAL klubuna keçib. Yaxın günlərdə o, yeni klubu ilə 1 illik müqavilə bağlayacaq.

Qaynarinfo.az