Xəbər lenti

Emosional intellekt şirkətlər üçün niyə önəmlidir? - Emin Əsgərovdan təlim
Ekonomiks06:47 12.04.2017

Emosional intellekt şirkətlər üçün niyə önəmlidir? - Emin Əsgərovdan təlim

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bazarmünasibətlərinin inkişafı və ölkə iqtisadiyyatının dünyaiqtisadiyyatına inteqrasiyası rəqabət mübarizəsinin kəskinləşməsinəsəbəb olmuşdur. Odur ki, şirkətlər güclü rəqabət imkanlarına malik olmaqüçün öz kadr potensialını yaratmalı və inkişaf etdirməlidir. Bu sahədəəsas kapital insan kapitalı və insan resurslarıdır. İnsan resurslarıolmadan rəqabəti inkişaf etdirmək mümkün deyil. Sadəcə investisiyaqoymaqla müəyyən qədər uğur əldə etmək olar. Həm investisiya, həm də insan kapitalı mövcuddursa, bu daha gözəl nəticələrin, müəyyənuğurların əldə edilməsinə əsas verir. Bu baxımdan rəqabətinmüvəffəqiyyəti şirkətə xidmət edənlərin emosional intellektə sahibolmasından daha çox asılıdır, çünki mahir emosional intellektə sahibolma istənilən təşkilatı idarə etmənin ən əhəmiyyətli komponentdir.

Emosional intellekt anlayışının şirkət əməkdaşları tərəfindən mənimsənilməsini asanlaşdırmaq məqsədilə PRONET MMC ofisində şirkətin təsisçisi Emin Əsgərovun təqdimatında “EMOSİONAL İNTELLEKT peşəkar fəaliyyətdə” mövzusunda seminar keçirildi. Seminar şirkətin youtube səhifəsində  onlayn olaraq yayımlandı. Tədbirdə “emosiya nədir?”, “baza emosiyalar”, “emosional yaddaşın mənfi və müsbət tərəfləri”, “neokorteksvə limbik sistemlər”, “rasional və emosional düşüncə” və s. kimi bütüniştirakçılar üçün maraqlı olan ilkin məlumatlar paylaşıldı.

Emin Əsgərovqeyd etdi ki, “Son illər “emotionalintelligence” – Emosional intellekt (EQ) termini biznes aləmindəməşhurlaşsa da, elmdə bu anlayışın dəqiq tərifi mövcud deyil. Ümuminəticə olaraq, emosional intellekt – özemosiyalarını və başqasının emosiyalarını anlamaq, eyni zamanda idarəetmək və bunun əsasında da qarşılıqlı münasibətləri qurmaqqabiliyyətidir”. Daha sonra “reallığınsubyektivliyinin dərki və qəbulu”, “emosional mədəniyyət”, “özünü ələalma mədəniyyəti”, “emosional intellektin inkişaf səviyyələri”,“emosional intellektə təsir edən amillər (eqosentrizm və refleksiya)”mövzularında fikir mübadilələri aparıldı.

Emin Əsgərov “Emosionalintellekt və kollektiv” mövzusunda danışaraq, Eİ-in yüksək olmasınınkollektivdə destruktiv konfliktlərin azalmasına, qarışılıqlı anlaşma,hisslərə hörmət, korporativ mədəniyyətin yüksəldilməsinə, təşkilatınmissiyasını anlamaq və ona sadiqlik və dəyişikliklərə yüksək hazırlığa,yeni biliklərə açıqlıq, öz üzərində çalışma kimi müsbət nəticələrə,zəifliyinin isə emosional yanma – ya, yəni fiziki, emosional vəintellektual tükənməyə, nəticə olaraq energetik iflicə və həyatda sevinchissinin itirilməsinə, gərginlik, neqativ düşüncə tərzi, öz işininmüsbət nəticəsini görməmək, konfliktə meyillik, diqqətsizlik,şübhəlilik, tez-tez xəstələnmə, ümidsizlik, keyfiyyətsiz iş, etinasızlıqvə s. kimi şirkətin inkişafına mane olacaq mənfi nəticələrə səbəb ola biləcəyini vurğuladı.

Emin Əsgərov həmçinin qeyd etdi ki, ilknövbədə hər bir əməkdaş öz işinin müsbət nəticələrini görməli, gördüyüişin təşkilat üçün nə dərəcədə əhəmiyyətli olmasını anlamalıdır. Beləolan halda, əməkdaş öz vəzifə öhdəliklərinin mahiyyətini və əhəmiyyətinidərk edir və xidmət etdiyi müəssisə üçün daha məhsuldar kadra çevrilir.

Hərbir şirkətin inkişafı üçün emosional intellektin vacibliyi barədədəyərli fikirlər söylənilən və müzakirə olunan seminarın sonunda təlimçiEmin Əsgərov tədbirdə iştirak edənlərin və onlayn olaraq qoşulanlarınsuallarını cavablandırdı.

Bu tədbirin də Pronet MMC-nin təşkil etdiyi növbəti uğurlu təlim kimi bir çox problemlərin aradan qaldırılmasına dəstək olacağına əminik.

Qeyd edək ki, son illərdə ölkə iqtisadiyyatının bazar münasibətlərinə keçidi ölkəmizdə də biznes idarə etməsinin asanlaşdırılmasına və demək olar ki, bütün iri və ya kiçik, dövlət və özəl müəssisələrin fəaliyyətində daha faydalı olan idarəetmənin avtomatlaşdırılmasına marağı хeyli artırmışdır. Odur ki, ölkəmizdə fəaliyyət göstərən böyük korporasiyalar biznesin avtomatlaşdırılmasından daha çox yararlanmaqdadır. Dövlət və hakimiyyət, eləcə də tanınmış özəl müəssisələrin uğurlu seçimi olmuş Prospect ERP (www.prospect.az) həlləri ilə tanınan PRONET MMC bu xidmətləri göstərən qabaqcıl və ilk şirkətlərdəndir. Artq 14 ildir uğurla fəaliyyət göstərən PRONET MMC öz həlləri ilə böyük müştəri məmnuniyyəti qazanmışdır. Sənəd dövriyyəsi, insan resursları, layihələr, maliyyə, müştəri münasibətləri və s. kimi sahələrdə təqdim etdiyi  həlləri ilə yanaşı call centre həlləri ilə də bütün sahələrdə biznes idarəetməsinin kompleks avtomatlaşdırılmasına xidmət edən PRONET MMC 14 il ərzində 300–ə yaxın müştəri qazanaraq hər bir şirkətin uğurlarına öz töhvəsini vermişdir.

PRONET MMC olaraq öz xidmətlərimizi Sizə təqdim etməkdən böyük məmnunluq duyuruq. Şirkətimizin fəaliyyəti və təklif etdiyi həllər haqqında ətraflı məlumatı www.prospect.az saytından əldə edə bilərsiniz.

Bizimlə əlaqə:

Ünvan: İnşaatçılar prospekti 17A

AZ1065, Bakı, Azərbaycan

Tel:+994 (012) 3102121

E-mail: [email protected]