Bu gün Azərbaycan Premyer Liqasında 35-ci turun oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, turun bütün oyunları eyni gündə baş tutub.
"Sumqayıt" evdə "Xəzər Lənkəran"ı sınağa çəkib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Son turda istirahət edən "Neftçi" səfərdə autsayder "Bakı"nın qonağı olub. Mövsümü üçüncü pillədə başa vurmaq şanslarını saxlayan "Neftçi" bu oyunda mütləq qələbə qazanmalı idi. Ancaq sözügedən oyunda qalib müəyyənləşməyib - 0:0.
Çətin günlərini yaşayan "Simurq" səfərdə AZAL-la üz-üzə gələcək.
Turun son qarşılaşması "İnter Arena"da keçirilib. Burada "Qarabağ" və "İnter" komandaları qarşılaşıb. Ağdam təmsilçisi artıq çempionluğunu rəsmiləşdirdiyi, "İnter" isə gümüş medalları özü üçün təmin etdiyinə görə bu oyun komandalar üçün formal xarakteri daşııb. Qarşılaşma "İnter"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
22 may (cümə)
Azərbaycan Premyer Liqası, 35-ci tur
20:00. “İnter” – “Qarabağ” - 2:1
Qollar: Əfran İsmayılov, 19 (1:0), Leroy Corc, 30 (1:1), Arif Daşdəmirov, 56 (2:1)
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Yaşar Abbasov, Əliyar Ağayev
“İnter Arena”.
19:00. AZAL – “Simurq” - 5:0
Qollar: Freddi Mombonqo, 18 (1:0), 39 (2:0), 42 (3:0), Rəşad Abdullayev, 54 (4:0), Freddi Mombonbo, 80 (5:0)
Qırmızı vərəqə: Amil Ağacanov, 21 ("Simurq")
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Coşqun Həsənov, Ramil Əhmədov
“AZAL Arena”.
18:00. “Bakı” – “Neftçi” - 0:0
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Munis Abdullayev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
18:00. “Sumqayıt” – “Xəzər Lənkəran” - 2:0
Qollar: Məhəmməd Qurbanov, 13 (1:0), Tofiq Mikayılov, 28 (2:0)
Qırmızı vərəq: Adrian Skarlatake, 89 ("Xəzər Lənkəran")
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Elvin Əsgərov
Sumqayıt şəhər stadionu.