Xəbər lenti

Çempionatımızın bombardiri nə "Zirə"də qalır, nə də "Qarabağ"a keçir: Ölkəni tərk edir
İdman12:52 28.04.2016

Çempionatımızın bombardiri nə "Zirə"də qalır, nə də "Qarabağ"a keçir: Ölkəni tərk edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Premyer Liqasının bombardiri olan "Zirə"nin hücumçusu Nelson Bonilya Azərbaycandan gedir.

Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, 14 qol vurmuş Salvador millisinin hücumçusu özünü daha güclü çempionatlarda sınamaq niyyətindədir. Düzdür, futbolçu Bakını bəyənir, lakin çempionatın səviyyəsi və aldığı maaşın məbləği onu qane etmir. Belə ki, o, "Zirə"də təxminən 5 min dollar maaş alır.

Bu üzdən deyildiyi kimi, onun "Qarabağ"a keçəcəyi də sual altına düşür. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da Bonilya ilə maraqlanmadıqlarını bildirib. Lakin "Qarabağ" hücumçu mövqeyində isveçli Samuel Armenterosla vidalaşsa, Bonilyanı heyətinə qatmaq üçün çalışmalara başlaya bilər.

Qeyd edək ki, Nelson Bonilya yayda "Zirə" ilə 1+1 şərti ilə müqavilə bağlayıb. Yəni, futbolçu ikinci mövsüm komandada qala da bilər, gedə də...

Qaynarinfo.az