Xəbər lenti

Çempionlar Liqası: "Bavariya" finala yüksəldi (VİDEO)
İdman05:37 20.08.2020

Çempionlar Liqası: "Bavariya" finala yüksəldi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Qaynarinfo xəbər verir ki, həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniya çempionu "Bavariya" ilə "Lion" üz-üzə gəlib. 
Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu Joze Alvalade" stadionunda keçirilən oyunu ispaniyalı referi Antonio Migel Mateu Laos idarə edib. Münhen təmsilçisi finala darmadağınla yüksəlib - 3:0.
Almaniya nəhəngi finalda PSJ ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də olacaq.
Çempionlar Liqası
Yarımfinal
 
"Lion" (Fransa) - "Bavariya" (Almaniya) 0:3
Qollar: Serj Qnabri, 18; 33, Robert Levandovski, 88
Portuqaliya, Lissabon.  "Eştadiu Joze Alvalade" stadionu
<iframe src="https://streamable.com/e/qm0qs9" frameborder="0" width="100%" height="100%" allowfullscreen="" style="width: 100%; height: 100%; position: absolute;">