Xəbər lenti

Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı
İdman05:05 18.02.2021

Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

"Report" xəbər verir ki, bu ada İngiltərə "Liverpul"undan Məhəmməd Salah, Fransa PSJ-sindən Kilian Mbappe, Almaniyanın "Borussiya" (Dortmund) klubundan Erlinq Holann və Portuqaliya "Portu"sundan Serjiu Oliveyra iddia edir.

Salah Almaniya "Leyptsiq"ini 2:0 hesabı ilə məğlub etdikləri 1/8 finalın ilk matçında dubl edib. Holann İspaniyada "Sevilya"nı 3:2 hesabı ilə udduqları görüşdə eyni sayda qol vurub. Mbappe İspaniyada "Barselona"ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-triklə yadda qalıb.

Oliveyra isə "Yuventus"u 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.