Xəbər lenti

Çempionlar Liqası: "Neftçi" səfərdən qələbə ilə dönür
İdman18:24 07.07.2021

Çempionlar Liqası: "Neftçi" səfərdən qələbə ilə dönür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi" bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.
Qaynarinfo xəbər verir ki, "ağ-qaralar" 7 ildən sonra qitənin əsas klub turnirində qüvvəsini sınayıb.
Flaqman I təsnifat mərhələsində Gürcüstanın ən titullu klubu olan Tiflis "Dinamo"su ilə qarşılaşıb. Boris Payçadze adına "Dinamo Arena”da baş tutan qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb. Oyunu israilli FIFA referisi David Fuksman idarə edib.
Hesabı açan bakılılar sonradan qapılarında qol görsələr də, evə çətin qələbə ilə dönməyi bacarıblar. Rəqibindən üstün görünməyən "ağ-qaralar" penaltidən qol vuraraq qələbəni rəsmiləşdirib.
Qarşılaşmanın oynanılacağı stadionun təqribən 40 faizində azarkeşlər gözə dəyib. Pandemiya ilə əlaqədar bütün fanatlardan qoruyucu maskadan istifadə tələb edilib və tribunalarda onların arasında bir boş oturacaq olub. Hər iki komandanın rəsmi fan-klubları stadiona buraxılmayıb. Matçı yalnız bileti olan azarkeşlər izləyə bilib.
Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. Məğlub tərəf isə yoluna Konfrans Liqasında davam edəcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyun
7 iyun
20.00 Dinamo (Tbilisi, Gürcüstan) - Neftçi (Azərbaycan) 1:2
Qollar: Zoran Maruşiç 36 - Namiq Ələsgərov 23, Emin Mahmudov, 56-pen.
Hakimlər: David Fuksman, Nati Dotan, Matityahu Yakobov, İdan Leiba (İsrail).
UEFA nümayəndəsi: Lukas Soyski (Polşa).
Hakim-inspektor: Uilyam Yanq (Şotlandiya).
Tbilisi, Boris Payçadze adına "Dinamo Arena”.
Dinamo: 30. Roin Kvasxvadze, 6. Bakar Kardava, 8. Milan Radin, 9. Georgi Qabedava, 12. Levan Xarabadze, 15. Georgi Papava (k), 19. Simon Qbeqnon, 21. Georgi Kutsiya, 22. Fabian Sporkslede, 32. Zoran Maruşiç, 39. Saba Xvadagiani.
Ehtiyat oyunçular: 13. Omar Migineişvili, 3. Aleksandr Kalandadze, 5. Davit Koburi, 17. Tornike Axvlediani, 18. Barnes Osey, 24. Nodari İaşvili, 25. Tornike Morçiladze, 27. Anzor Mekvabişvili, 38. Nodari Kavtaradze.
Baş məşqçi: Kaxaber Sxadadze.
Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 11. Harramiz Suares, 20. Mert Çelik, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.