Xəbər lenti

Çempionlar Liqası: qrup mərhələsinin bütün iştirakçıları
İdman06:16 29.08.2019

Çempionlar Liqası: qrup mərhələsinin bütün iştirakçıları

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, qrup mərhələsində iştirak hüququ qazananlardan 26-sı öncədən bəlli idisə, onlara təsnifat mərhələsini uğurla adlayan 6 klub da qoşulub.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin püşkü bu gün atılacaq. Monakoda baş tutacaq və Bakı vaxtı ilə saat 20.00-da başlayacaq tədbirdə qitənin 32 ən güclü komandası 8 qrupa bölünəcək. 
Püşkdən öncə iştirakçılar 4 səbətə bölünüblər. Birinci səbətdə Çempionlar Liqası, Avropa Liqası və ən reytinqli 6 ölkənin çempionu yer alıb. Digər 24 klub reytinqinə görə sıralanıb. Türkiyə təmsilçisi "Qalatasaray” sonuncu "səkkizliy”ə daxil edilib.
1-ci səbət
Liverpul (İngiltərə)
Çelsi (İngiltərə)
Barselona (İspaniya)
Mançester Siti (İngiltərə)
Yuventus (İtaliya)
Bavariya (Almaniya)
PSJ (Fransa)
Zenit (Rusiya)
2-ci səbət
Real (İspaniya)
Atletiko (İspaniya)
Borussiya (Dortmund, Almaniya)
Napoli (İtaliya)
Şaxtyor (Ukrayna)
Tottenhem (İngiltərə)
Ayaks (Hollandiya)
Benfika (Portuqaliya)
3-cü səbət
Olimpik (Lion, Fransa)
Bayer (Almaniya)
Zalsburq (Avstriya)
Olimpiakos (Yunanıstan)
Brügge (Belçika)
Valensiya (İspaniya)
İnter (İtaliya)
Dinamo (Zaqreb, Xorvatiya)
4-cü səbət
Lokomotiv (Rusiya)
Genk (Belçika)
Qalatasaray (Türkiyə)
Leypsiq (Almaniya)
Slaviya (Çexiya)
Srvena Zvezda (Serbiya)
Atalanta (İtaliya)
Lill (Fransa)