Xəbər lenti

Çempionlar Liqası: "Çelsi" "Atletiko"ya qarşı
İdman13:39 30.04.2014

Çempionlar Liqası: "Çelsi" "Atletiko"ya qarşı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gecə futbol üzrə Çempionlar Liqasında digər finalçının adı məlum olacaq.

Yarımfinal mərhələsinin daha bir cavab qarşılaşması baş tutacaq. "Land of fire Azerbaijan" formalı "Atletiko" (Madrid) səfərdə "Çelsi"nin qonağı olacaq. 

Madriddə keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alındığından komandaların finala çıxmaq şansları eyni qiymətləndirilir. 

Görüş Bakı vaxtı ilə 23:45-də başlayacaq. 

30 aprel

Çempionlar Liqası, yarımfinalın cavab oyunları 

23:45. "Çelsi" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) (İlk oyun - 0:0)

Xatırladaq ki, dünən "Bavariya" (Almaniya) öz meydanında "Real"a (Madrid, İspaniya) 0-4 hesabı ilə uduzub. Bununla da madridlilər finala adlayan ilk komanda olub.

Qaynar.info