Xəbər lenti

Çempionlar Liqası tarixinin reytinqi: Klublarımız neçəncidir? (SİYAHI)
İdman12:14 06.06.2020

Çempionlar Liqası tarixinin reytinqi: Klublarımız neçəncidir? (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çempionlar Liqası (keçmiş Çempionlar Kuboku) tarixinin reytinq cədvəli açıqlanıb.
Qaynarinfo xəbər verir ki, 1955-2020-ci illəri əhatə edən reytinq cədvəlində Azərbaycan 7 klubla təmsil olunub.
Ən yaxşı göstəriciyə sahib komandamız Azərbaycanı avrokuboklarda uğurla təmsil edən "Qarabağ"dır. Ağdam təmsilçisi təsnifat və qrup mərhələri daxil olmaqla 41 xal toplayıb və 84-cü pillədə qərarlaşıb. 
"Neftçi" 169-cu olub. Bakı klubunun aktivində 15 xal var. Azərbaycan təmsilçiləri arasında 3-cü ən yaxşı göstərici "Bakı" (6 xal) klubuna məxsusdur. 
Azərbaycanın bütün komandalarının reytinq sıralaması:
84. "Qarabağ" - 41 xal
169. "Neftçi" - 15 xal
269. "Bakı" - 6 xal
294. "Keşlə" (İnter) - 5 xal
396. "Şəmkir" - 2 xal 
397. "Kəpəz" - 2 xal
424. "Xəzər Lənkəran" - 1 xal