Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Qaynarinfo-nun məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Püşkatmada qrup mərhələsini adlamış 16 komanda iştirak edəcək. Qrup qalibləri səpələnmişlər, ikinci yerin sahibləri səpələnməmişlər səbətində qərarlaşıb. Eyni qrupda oynamış eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.
Səpələnməmişlər qrupunda yer alan komandalar ilk matçlarını səfərdə keçirəcəklər. 1/8 finalın ilk görüşləri 2022-ci il 15 - 16 və 22 - 23 fevralda, cavab qarşılaşmaları 8 - 9 və 15 - 16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
Səpələnmişlər
"Ayaks" (Niderland)
"Bavariya" (Almaniya)
"Liverpul" (İngiltərə)
"Lill" (Fransa)
"Mançester Siti" (İngiltərə)
"Mançester Yunayted" (İngiltərə)
"Real Madrid" (İspaniya)
"Yuventus" (İtaliya)
Səpələnməmişlər
"Atletiko" (Madrid, İspaniya)
"Benfika" (Portuqaliya)
"Vilyarreal" (İspaniya)
"Zaltsburq" (Avstriya)
"İnter" (İtaliya)
PSJ (Fransa)
"Sportinq" (Portuqaliya)
"Çelsi" (İngiltərə)
Bu gün Avropa Liqasında da pley-off mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Püşkatmada qrup ikincisi olmuş 8 klub və Çempionlar Liqası (ÇL) qruplarında 3-cü yeri tutmuş eyni sayda komanda iştirak edəcək. AL təmsilçiləri səpələnmişlər, ÇL-dən gələnlər isə səpələnməmişlər səbətində yer alıblar.
Pley-offda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzlər. Səpələnmiş klublar ilk matçlarını 2022-ci il fevralın 17=-də səfərdə oynayacaqlar. Cavab qarşılaşmaları isə bir həftə sonra olacaq.
Mərhələni adlayanlar Avropa Liqasının 1/8 finalında 8 qrup qalibinə qoşulacaq.
UEFA Avropa Liqası
Pley-off mərhələsi
Səpələnmişlər
"Betis" (İspaniya)
"Braqa" (Portuqaliya)
"Dinamo" (Zaqreb, Xorvatiya)
"Latsio" (İtaliya)
"Napoli" (İtaliya)
"Olimpiakos" (Yunanıstan)
"Real Sosyedad" (İspaniya)
"Reyncers" (Şotlandiya)
Səpələnməmişlər
"Atalanta" (İtaliya)
"Barselona" (İspaniya)
"Borussiya" (Dortmund, Almaniya)
"Zenit" (Rusiya)
"Portu" (Portuqaliya)
"Leyptsiq" (Almaniya)
"Sevilya" (İspaniya)
"Şerif" (Moldova)