
Çempionlar Liqasında III tura start verilib. "Qaynarinfo" xəbər verir ki, bu gecə 4 qrupda 8 oyun baş tutub.
E qrupunda "Liverpul" səfərdə "Maribor"u 7 cavabsız qolla yenib. "Spartak" isə doğma meydanda "Sevilya"dan üstün olub - 5:1. Bununla da məğlubiyyətsizlik seriyasını davam etdirən Moskva klubu iki heç-heçədən sonra ilə qələbəsini qazanıb.
F qrupunda "Mançester Siti" "Napoli"ni 2:1 hesabı ilə yenərək 3 oyunda maksimum nəticəyə imza atıb. "Napoli"nin büdrəməsindən yararlanan "Şaxtyor" Hollandiyada "Feyenoord"u yenərək ikinci pillədəki mövqeyini gücləndirib - 2:1.
G qrupunda Azərbaycanda da böyük azarkeş kütləsi olan "Beşiktaş" növbəti uğurlu oyununu keçirib. İlk iki oyunda "Portu" və "Leypsiq"i yenən "Qara Qartal" Fransada "Monako"ya qalib gəlib - 2:1. Bununla da Türkiyə klubu 3 oyunda maksimum nəticəyə imza atıb. Qrupun digər oyununda "Leypsiq" "Portu"nu 3:2 hesabı ilə məğlub edib. Almanlar ilk qələbəsini qazanaraq ikinci pillədəki mövqeyini gücləndirib.
H qrupunda isə ilk iki turda maksimum nəticə qazanan "Real" və "Tottenhem" qarşılaşıb. İmspaniya - İngiltərə qarşıdurmasında qalib müəyyənləşməyib - 1:1. Qrupun APOEL - "Borussiya" (Dortmund) oyunu da eyni hesabla bitib.
Çempionlar Liqası
Qrup mərhələsi
III tur,
17 oktyabr
E qrupu
Maribor (Sloveniya) - Liverpul (İngiltərə) 0:7
Qollar: Firmino, 4; 54. Koutinyo, 13. Salah, 19; 40. Aleks Oksalde-Çamberlayn, 86. Aleksandr-Arnold, 90.
Spartak (Rusiya) - Sevilya (İspaniya) 5:1
Qollar: Promes, 18; 90. Melqarejo, 58. Qulaşkov, 67. Adriano, 74 - Kyaer, 31.
1. | Liverpul | 3 | 1 | 2 | 0 | 10-3 | 5 |
2. | Spartak | 3 | 1 | 2 | 0 | 7-3 | 5 |
3. | Sevilya | 3 | 1 | 1 | 1 | 6-7 | 4 |
4. | Maribor | 3 | 0 | 1 | 2 | 1-11 | 1 |
F qrupu
Feyenoord (Hollandiya) - Şaxtyor (Ukrayna) 1:2
Qollar: Berqus, 7 - Bernard, 24; 54.
Qırmızı vərəqə: Rakitski, 75 (ŞAxtyor).
Mançester Siti (İngiltərə) - Napoli (İtaliya) 2:0
Qollar: Sterlinq, 9. Qabriel Xesus, 13 - Diavara, 73-pen.
1. | Mançester Siti | 3 | 3 | 0 | 0 | 8-1 | 9 |
2. | Şaxtyor | 3 | 2 | 0 | 1 | 4-4 | 6 |
3. | Napoli | 3 | 1 | 0 | 2 | 5-5 | 3 |
4. | Feyenoord | 3 | 0 | 0 | 3 | 2-9 | 0 |
G qrupu
Leypsiq (Almaniya) - Portu (Portuqaliya) 3:2
Qollar: Orban, 8. Forsberq, 38. Avqustin, 40 - Abubakar, 18. Markano, 44.
Monako (Fransa) - Beşiktaş (Türkiyə) 1:2
Qollar: Falkao, 30 - Cenk Tosun, 34; 54.
1. | Beşiktaş | 3 | 3 | 0 | 0 | 7-2 | 9 |
2. | Leypsiq | 3 | 1 | 1 | 1 | 4-5 | 4 |
3. | Portu | 3 | 1 | 0 | 2 | 6-6 | 3 |
4. | Monako | 3 | 0 | 1 | 2 | 2-6 | 1 |
H qrupu
Real (İspaniya) - Tottenhem (İngiltərə) 1:1
Qollar: Ronaldo, 43-pen - Keyn, 28.
APOEL (Cənubi Kipr) - Borussiya (Dortmund, Almaniya) 1:1
Qollar: Pote, 62 - Sokratis, 67.
1. | Tottenhem | 3 | 2 | 1 | 0 | 7-2 | 7 |
2. | Real | 3 | 2 | 1 | 0 | 7-2 | 7 |
3. | Borussiya D | 3 | 0 | 1 | 2 | 3-7 | 1 |
4. | APOEL | 3 | 0 | 1 | 2 | 1-7 | 1 |
Qaynarinfo.Az