Xəbər lenti

Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə start verilir
İdman06:13 20.07.2021

Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə start verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.
Qaynarinfo xəbər verir ki, ilk oyun günündə 6 görüş baş tutacaq. Zaqreb "Dinamo"su doğma meydanda "Omoniya" ilə qarşılaşacaq. Çexiya təmsilçisi "Sparta" Avstriyada "Rapid"in qonağı olacaq. Şotlandiya "Seltiki" isə evdə "Mityuland"la görüşəcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
18:00. "Alaşkert" (Ermənistan) - "Şerif" (Moldova)
20:00. "Linkoln" (Cəbəllütariq) - ÇFR (Rumıniya)
22:00. "Ferentsvaroş" (Macarıstan) - "Jalgiris" (Litva)
22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Omoniya" (Kipr)
22:30. "Rapid" (Vyana, Avstriya) - "Sparta" (Praqa, Çexiya)
22:45. "Seltik" (Şotlandiya) - "Mityuland" (Danimarka)
Bu mərhələnin qalan 7 görüşü iyulun 21-də keçiriləcək.