Xəbər lenti

Çempionlar Liqasında növbəti oyunlar keçirilib - NƏTİCƏLƏR
İdman05:11 02.10.2014

Çempionlar Liqasında növbəti oyunlar keçirilib - NƏTİCƏLƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çempionlar Liqasında qrup mərhələsinin II turunun növbəti oyunları başa çatıb.Apasport.az saytının məlumatına görə, ilk turda olduğu kimi azarkeşlər yenə 4 qrupda 8 oyuna tamaşa ediblər.

Azərbayan futbol sevərləri üçün əsas diqqət Londona yönəlmişdi. İngiltərənin paytaxtında qardaş ölkə Türkiyənin ÇL-də yeganə təmsilçisi “Qalatasaray” “Arsenal”ın qonağı olub. Qrupun start matçında İstanbulda “Anderlext”in müqavimətini qıra bilməyən “Cim-Bom” bu dəfə “Dumanlı Albion”a 3 xal arxasıyca getmişdi ki, buna da nail ola bilməyib. 

Qarşılaşmada “Qalatasaray” darmadağın olub  - 4:1.

D qrupunun digər görüşündə isə Belçikanın “Anderlext” klubu ilə Dortmund “Borussiya”sı üz-üzə gəlib. Oyunun fovariti hesab edilən almanlar gənc heyət qarşısında çətinlik çəkməyib. Matçda 3 cavabsız qol vuran dortmundlular meydandan qalib ayrılıb. 

4 dəfə ÇL-nin qalibi olmuş “Real” isə səfərdə “Ludoqorets”i 2:1, “Bazel” evində”Liverpul”u 1:0 hesabı ilə məğlub edib. “Yuventus” “Atletiko”ya 0:1, “Benfika” isə “Bayer”ə 3:1 hesabı ilə uduzub. 

Günün ən erkən oyunu isə Rusiyada baş tutub. İlk turda Portuqaliyada “Benfika”nı 2:0 hesabı ilə məğlub edib, aktivinə 3 xal yazdıran “Zenit” bu dəfə “Monako” ilə münasibətlərinə aydınlıq gətirib. Oyun başladığı kimi də sona çatıb – 0:0.

Çempionlar Liqası

II tur 

1 oktyabr (çərşənbə)

A qrupu

“Malmö” – “Olimpiakos” - 2:0

Qollar: Rosenberq, 42; 82 

“Atletiko” – “Yuventus” - 1:0

Qol: Arda, 75 

B qrupu

“Ludoqorets” – “Real” - 1:2

Qollar: Marselino, 6 - Ronaldo, 25, Benzema 77 

“Bazel” – “Liverpul” - 1:0

Qol: Streller, 52 

 C qrupu

"Zenit – “Monako” - 0:0 

“Bayer” – “Benfika” - 3:1

Qollar: Kiblinq, 25, Son Heunq-Min, 34, Çalhanoğlu, 63-pen - Salvio, 62 

D qrupu

“Anderlext” – “Borussiya” - 0:3

Qollar: İmmobile, 3, Ramos, 70; 79

“Arsenal” – “Qalatasaray” - 4:1

Qollar: Uelbek, 22; 30; 52, Sançes, 41 - Burak, 63

Qaynar.info