Xəbər lenti

Çempionların döyüşünün mükafat fondu: Hər biri 100 milyon qazanacaq
İdman15:05 13.06.2020

Çempionların döyüşünün mükafat fondu: Hər biri 100 milyon qazanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağır çəkidə WBC çempionu Tayson Fyuri və WBA, WBO, IBF, IBO versiyaları üzrə çempion Entoni Coşua arasındakı döyüşün mükafat fondu bəlli olub.
Qaynarinfo "The Times"ə istinadən xəbər verir ki, 2021-ci ildə keçirilməsi planlaşdırılan ilk döyüşdə 200 milyon funt dəyərində olan mükafat fondu iki boksçu arasında bərabər bölünəcək. İkinci döyüşdə isə ilk qarşıdurmanın qalibi ümumi məbləğin 60%-ni, digər idmançı isə 40%-ni qazanacaq.
Daha öncə Coşua və Fyurinin komandaları arasında razılıq əldə olunduğuna dair xəbərlər yayılmışdı.