"Qarabağ"ın Avroliqanın pley-off matçı üçün 24 futbolçu sifariş etdiyini xəbər vermişdik. Ancaq komanda İsveçrənin "Yanq Boyz" klubu ilə Berndəki ilk oyundan 1 gün əvvəl futbolçu sifariş etmək hüququna malikdir. Saytımız "Qarabağ"ın müdafiəçi axtardığını, bunun üçün hollandiyalı menecerlərin kluba Henriko Drostu təklif etdiklərini daha öncə özəl olaraq bildirmişdi.
Qaynar.info bu məsələni dəqiqləşdirmək üçün klubun icraçı direktoru Əmrah Çəlikəllə əlaqə saxlayıb. Çəlikəl transfer məsələləri ilə bağlı bunları deyib: "Bildiyiniz kimi, transfer məsələləri ilə baş məşqçimiz Qurban Qurbanov məşğul olur. O kimi desə, onu da transfer etməyə çalışır. Bizə müdafiəçi lazımdır? Ola bilər ki, müdafiəçi transfer edək. Ancaq hazırda Bədəvi Hüseynova xarici klublardan hər hansısa bir təklif yoxdur. Bu üzdən onun komandadan getməsi gündəmdə deyil. Lakin müdafiəçi almağımız istisna deyil".
Qaynar.info