"Meydan TV” işi üzrə hazırda həbsdə olan jurnalist Şəmşad Ağanın (Ağayevin) anasının dəfn mərasimində iştirakı etməsi ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.
Vəkil Cavad Cavadlının APA-ya verdiyi xəbərə görə, təqdimata Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və qərar qəbul edilib.
Məhkəmə təqdimatı təmin edib, Şəmşad Ağanın dəfn mərasimində iştirak etməsinə icazə verilib.
Qeyd edək ki, Şəmşad Ağanın anası dünən vəfat edib.
Şərhlər