Xəbər lenti

"Ən acınacaqlı hal İrandan idxal edilən ərzaq mallarındadır" - Eyyub Hüseynov
Ekonomiks12:11 22.02.2022

"Ən acınacaqlı hal İrandan idxal edilən ərzaq mallarındadır" - Eyyub Hüseynov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir, əsasən İrandan idxal olunan mallarda".
Qaynarinfo xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Sədr bildirib ki, istehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır:
"İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur. Birlik uzun illərdir ki, müxtəlif dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin, yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq tanınması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də, bu məsələ həll olunmadan qalır. 
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 
7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. İstehlaçıların Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
"Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır".
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8. 
"Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”.
Sədr deyib ki, malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində, hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki, tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır:
"Əlbəttə bu amil, qacaqmal üçün münbit bir şərait yaradır. 
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan  ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Çünki, ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır. Əğər dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir. 24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnız körpə qidalarının milli dildə markalanmasına nail olmuşdur, bu cox azdır. AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür. Lakin ərzaq malları üçün çox mühüm göstərici olan, istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük. Şübhəsiz ki, bu istehsalcı tərəfindən bilərəkdən, şüurlu şəkildə edilir ki, malını "Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər. Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil. Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır, düşünür ki, yararlılıq vaxtı keçmiş mal satıla bilməz. Əfsus ki, bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur”.
Eyyub Hüseynov əlavə edib ki, bəzən bu mövzu ilə bağlı  neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxışlarına da rast gəlirik:
"Amma "3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam. İran ərzaq malları satışı şəbəkələrində ciddi monitorinqlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağırılıb, ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi, gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdır. Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur. Bu dükanların bəzilərinin ünvanları: Əsas topdansatış dükanları, Sədərək ticarət mərkəzi, "Lukoyl” YDM-nin yanı(topdan satış), Dərnəgüldə "Elit "TM-nin yaxınlığı (çoxlu sayda), 1. Bakı şəh. Əsəd Əhmədov 28. 2. Xırdalan.Texnikomun yaxınlığı.Rahat bazar ilə üzbəüz, 3.Maştağa qəs.Savalanın 2-ci girişi, 4.Ümid qəs.Laçın məktəbinin qarşısı, 5.Neftçala şəh.H.Əliyev pros.Təzə bazaar, 6. Sahil qəsəbəsi, 7.Ballı marketin yaxınlığı 050-791-11-12, 8. Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza, 9. Bakı şəh.Sarayevo küç 7, 10. Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı, 11. Gəncə küç.Fujifilmin yanı, 12. Əhmədli metrosu çıxışı.Ukrayna dairəsinə tərəf, 13. Xətai metrosunun arxası.N.Əliyev küç.17, 14. Bakı şəh.Fatmayı, 15.Hövsan qəs, 16. 8 km bazarı.Halal market, 17. Şirvan şəh.Elite bazarının həyəti, 18. A.Şərifzadə küç.195, 19. Dərnəgül qəs.Şır-şır restoranının yanı, 20. Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz, 21. Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç, 22. Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı, 23.Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s. AİİB bu məsələni ictımailəşdirməklə bərabər Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə  müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik”.