Xəbər lenti

Ən çox nəyə pul xərcləyirik? - RƏSMİ RƏQƏMLƏR
Ekonomiks 21:26 08.09.2025

Ən çox nəyə pul xərcləyirik? - RƏSMİ RƏQƏMLƏR

2025-ci ilin yanvar-iyul aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 44,6 milyard manat təşkil edərək, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz artıb.

BAKU.WS-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu dövrdə pərakəndə ticarət dövriyyəsi ümumi dəyərin 78,6 faizini, əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri 18,1 faizini, ictimai iaşə dövriyyəsi isə 3,3 faizini təşkil edib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 42,8 milyard manat olub və bunun 44,1 faizi fərdi sahibkarlar tərəfindən təmin edilib. Hesabat dövründə hər bir istehlakçı orta hesabla ayda 623,1 manat xərcləyərək, nominal ifadədə 57 manatlıq artım qeydə alıb.

Pərakəndə ticarət şəbəkəsində 35,1 milyard manatlıq satış həyata keçirilib. Onlardan 19,3 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb. Ərzaq məhsulları üzrə satışlar 1,4 faiz, qeyri-ərzaq malları üzrə isə 6,7 faiz artıb.

Əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 489,6 manat olub, onun 268,7 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 220,9 manatı isə qeyri-ərzaq mallarına sərf olunub. Xərclərin makrostrukturuna görə, 54,9 faiz ərzaq və içki məhsulları, 12,7 faiz geyim və ayaqqabı, 6,0 faiz avtomobil yanacağı, 4,7 faiz elektrik malları və mebel, 2,5 faiz əczaçılıq məhsulları, 1,2 faiz kompüter və telekommunikasiya avadanlıqları, qalan 18,0 faizi isə digər qeyri-ərzaq mallarına sərf olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->