Xəbər lenti

Ən çox qol vuran müdafiəçilər müəyyənləşdi
İdman06:46 20.02.2023

Ən çox qol vuran müdafiəçilər müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox qol vurmuş müdafiəçilərin siyahısını yeniləyib.
Qaynarinfo-nun məlumatına görə, ilk pillədə Serxio Ramos qərarlaşıb. PSJ-nin 37 yaşlı futbolçusu karyerası ərzində 130 dəfə fərqlənib.
Yaponiya yığmasının sabiq üzvü Markus Tulio Tanaka 104 qolla ikinci sıradadır. Əlcəzairli Abderahman Haşud və kosta-rikalı Keyler Soto 93 qolla 3-4-cü yerləri bölüşdürürlər.
Səbuhi Həsənov