Xəbər lenti

Ən çox selfi çəkilən yerlər
Maqazin04:49 15.12.2016

Ən çox selfi çəkilən yerlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il də sosial şəbəkələrdə selfi çılğınlığı davam etdi. Kimi dağın başında, kimi suyun altında, kimi də getdiyi ölkələrdə şəkil çəkib paylaşdı. Bəs maraqlıdır indiyə kimi ən çox selfinin çəkildiyi yerlər hansılardır?
Siyahıya Parisin məşhur Eyfel qülləsi başçılıq edir. Hər il milyonlarla turisti Parisə cəlb edən Eyfel Qülləsi, selfi sevərlərin də sevimli məkanı oldu.
Ən çox selfi çəkilən yerlərdən biri də dünyanın ən hündür göydələni Burc əl Xəlifədir. Hətta 830 metrlik bu tikilinin üstündə selfi çəkdirməklə ilkə imza atanlar da oldu.
Londonun Biq Ben saatı, Romanın Kolizeyi, Parisin Disneylendi də selfi sevərlərin ən çox müraciət etdiyi məkanlar sırasında yer almağı bacardı.Onu da qeyd edək ki, bu il selfiyə qurban gedənlər də az olmadı... (atv.az)
Qaynarinfo.Az