Xəbər lenti

Ərdoğan “Bakı -2015”i mobil telefonla izlədi - Təyyarədə
İdman07:10 15.06.2015

Ərdoğan “Bakı -2015”i mobil telefonla izlədi - Təyyarədə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “Bakı -2015” İlk Avropa Oyunlarını mobil telefonla izləməsinin görüntüsü yayılıb. 
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident İstanbuldan Ankaraya səfər zamanı  türkiyəli yunan-Roma güləşçisi Rza Kayaalpın çıxışını telefon vasitəsi ilə izləyib. Türkiyə prezidentinin Rza Kayaalp- Sabah Şəriəti qarşılaşmasını təyyarədə izlədiyinin görüntüsü yayılıb. 
Ərdoğan eyni zaman “Bakı-2015”də medal qazan türkiyəli idmançılar Enes Erkan, Rıza Kayaalp, Burak Uygur və Serap Özçelikə təbrik məktubu göndərib.
Xatırladaq ki, 130 kq çəki dərəcəsində türkiyəli yunan-Roma güləşçisi Rza Kayaalp Avropa Oyunlarında qızıl medalın sahibi olub.
O, Azərbaycan idmançısı Sabah Şəriəti 3:0 hesabı ilə məğlub edib. 
Qaynar.info