"AVRO-2020-nin final mərhələsinin A qrupunun Bakıda keçiriləcək
oyunlarını Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə izləyəcəyəm”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 15-də bir neçə televiziya və radioya
verdiyi müsahibəsində bildirib.
O, Türkiyə futbolu ilə bağlı danışarkən qeyd edib ki, Azərbaycan
Prezidenti İlham Əliyevlə bu matçları birlikdə seyr etməyi düşünür: "Bu
oyunlarla bağlı İlham Əliyev qardaşımla da söhbətimiz olub. O, bu matçları
birlikdə seyr etməyimiz üçün məni Bakıya dəvət edib. Əminəm ki, bu dəfə uğur
Türkiyənin olacaq”.
Qeyd edək ki, AVRO-2020-nin final mərhələsinin qrup oyunları
gələn il iyunun 12-də start götürəcək.
Oyunlar Mərkəzi Avropa vaxtı ilə saat 15:00, 18:00 və
21:00-da başlayacaq. Yarış zamanı Bakı vaxtı ilə Mərkəzi Avropa vaxtı arasında
indiki kimi 3 deyil, 2 saat fərqi olacaq. Bu isə o deməkdir ki, qrup mərhələsinin
matçları start fiti 17:00, 20:00 və 23:00-da veriləcək.
A qrupunun Bakıda təşkil olunacaq üç qarşılaşmasının da
başlama vaxtı bəlli olub. Bu görüşlərdən biri - Uels və İsveçrə arasındakı matç
17:00-da başlayacaq. Qonşu Türkiyə millisinin bu yığmalarla oyunları isə
20:00-da start götürəcək.
Şərhlər