
Türkiyə prezidenti Rəcəb Taib Ərdoğan müxalifət liderlərinə təşəkkür edib.
"Qaynarinfo.Az" xəbər verir ki, bu barədə məlumatı türkiyə mətbuatı yayıb.
Məlumatda qeyd olunur ki, Ərdoğan dünən bir qrup hərbiçinin dövlət çevrilişinə cəhd etmələri zamanı müxalifət liderlərinin göstərdikləri mövqeyə görə təşəkkür edib.
Ərdoğan Cumhuriyyət Xalq Partiyası (CHP) başqanı Kamal Kılıçdaroğlu və Milli Hərəkat Partiyasının (MHP) Dövlət Baxçəliyə zəng edərək təşəkkür edib.
Qaynarinfo.Az