Xəbər lenti

Ərdoğan Türkiyə millisinin Bakıda oynayacağına proqnoz verib
İdman10:00 01.12.2019

Ərdoğan Türkiyə millisinin Bakıda oynayacağına proqnoz verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə yığmasının "AVRO-2020"də A qrupuna düşəcəyini hələ püşkatma öncəsi proqnozlaşdırıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə NTV-nin idman şərhçisi Rıdvan Dilmen açıqlamasında bildirib.
"Yayıma çıxmamışdan öncə Ərdoğanla danışdım. O, TANAP-ın açılışında "Qazprom"un rəhbəri Aleksey Millerə "İnşallah, Bakı - Roma qrupuna düşərik" söyləyib. Qəlbi təmiz imiş. Türkiyə millisinin iki matçı Bakıda olacaq. Əslində ölkəmizin istədiyi kimi oldu. Bakıda 10 gün qalacağıq", - deyə Dilmen vurğulayıb. 
Qeyd edək ki, Türkiyə millisi AVRO-2020-nin açılış matçında İtaliya ilə qarşılaşacaq. Görüş iyunun 12-də Roma şəhərindəki "Olimpiko" stadionunda keçiriləcək. Daha sonra Azərbaycan paytaxtına səfər edəcək "ay-ulduzlular" iyunun 17-də Bakı Olimpiya Stadionunda Uelslə, iyunun 21-də isə İsveçrə ilə üz-üzə gələcək.