Krım
yarımadası Ukraynadan alınaraq Rusiyaya birləşdirildi, Moskva beynəlxalq
normaları pozdu.
Qaynarinfoxəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir
Zelenski ilə İstanbulda keçirilən görüşündə belə bəyan edib.
"Türkiyə,
Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü və ölkənin siyasi birliyini
dəstəkləməyə davam edəcək”, - Ərdoğan deyib. O, Krım tatarlarının hüquqlarını
müdafiə etməyə davam edəcəyinə də söz verib. Türkiyə bu danışıqlarda Ukraynanı
inkişaf etmiş bir tərəfdaş kimi tanıyıb və NATO-ya üzv olmaq istəyini dəstəkləyib.
Tərəflər müdafiə sahəsində müqavilələr imzalayıblar.
Ərdoğan
və Zelenski "Qara dəniz bölgəsində sülhü, təhlükəsizliyi və sabitliyi gücləndirmək
üçün qüvvələrin birləşdirilməsinin vacibliyini" də bildiriblər.
Türkiyə
və Ukrayna ikitərəfli ticarət həcmini hər iki tərəfdən investisiya axınını 10
milyard dollara qədər artırmaq haqda razılığa gəliblər.
Alpər
Şərhlər