Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də islahatlara çağırıb.
Qaynarinfo-nun
məlumatına görə, Türkiyə lideri hesab edir ki, təşkilat səmərəsizləşib və Qəzza zolağında baş verən hadisələrə heç bir şəkildə təsir göstərə bilməz.
Onun fikrincə, Yaxın Şərqdəki vəziyyət BMT və digər beynəlxalq təşkilatların səriştəsiz və müsəlmanların əziyyət çəkdiyi bir vaxtda kor olduğuna sübut etdi:
"BMT-ni əsaslı şəkildə yenidən nəzərdən keçirməli, ədalətsiz strukturu dəyişdirilməli, sonda dağılmasının və yox olmasının qarşısını almaq üçün ona sanksiya gücünə malik funksional və hətta çəkindirici bir struktur verilməlidir".
Onun sözlərinə görə, daimi üzvlük və veto sistemlərinə yenidən baxılmalıdır.
"Mən həmişə demişəm və bundan sonra da deyəcəyəm ki, dünya sistemi ədalətsizdir, beynəlxalq təşkilatlar hakimiyyətin maraqlarına xidmət edir, dünya nizamını yalnız beş ölkənin maraqlarına uyğun yönləndirirlər", deyə Ərdoğan əlavə edib.
Aydın
Şərhlər