Siyasət 13:43 05.08.2022

Ərdoğan-Putin görüşü: Qarabağın taleyi danışıqlar masasında - Zərdüşt Əlizadə

"Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin arasında keçiriləcək görüşdə real nəticə əldə edilə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə iki ölkənin - Türkiyə və Rusiya prezidentləri arasında baş tutan Soçi görüşündən danışarkən deyib. Zərdüşt Əlizadə düşünür ki, Türkiyə Prezidenti Qarabağla bağlı danışıqlar masasına Azərbaycan Ordusunun hərbi qüdrətini və Türkiyənin Azərbaycanı müdafiə əzmini qoyur:

"Ümid edirik ki, Rusiya da Türkiyənin istəklərini nəzərə alacaq”. 
 


Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçiyə bir günlük işgüzar səfər edəcək. Soçidə keçirilən görüşdə Ermənistanın Qarabağdakı sərhəd xəttinə hücumlarının da müzakirə olunacağı gözlənilir. 

Bahar Rüstəmli