Xəbər lenti

Ərdoğanın köməkçisi YAP nümayəndə heyətini qəbul etdi
Ölkə17:34 06.10.2023

Ərdoğanın köməkçisi YAP nümayəndə heyətini qəbul etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmaz oktyabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə C.Yılmaz "X”də yazıb.
"Mən Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinə xoş səfərə görə təşəkkür etmək istəyirəm”, - paylaşımda bildirilib.
Qeyd edək ki, Tahir Budaqovun başçılıq etdiyi YAP nümayəndə heyəti Türkiyədə səfərdədir. Onlar bundan öncə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüblər.